ISSN XXXX-XXXX (online) · Diamond Open Access · CC BY 4.0
Azərbaycan Dövlət Dəniz AkademiyasıCaspian Journal ofMaritime Science & EngineeringMəqalə göndər
← Bütün məqalələr
Tədqiqat məqaləsiAçıq giriş

QEYRİ-XƏTTİ YÜKLÜ YÜKSƏK GƏRGİNLİKLİ ŞƏBƏKƏLƏRDƏ GÜC İTKİLƏRİNİN AZALDILMASI ÜSULLARININ TƏDQİQİ

Investigation of Methods for Reducing Power Losses in High-Voltage Networks with Nonlinear Loads

Исследование методов снижения потерь мощности в высоковольтных электрических сетях с нелинейной нагрузкой

İsayeva T.M
“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” PHŞ
UDC: 621.311Cild 42, № 2 (2025)səh. 122-13027.11.2025CC BY 4.0
PDF yüklə

Xülasə

Məqalə qeyri-xətti yüklərin təsiri altında işləyən yüksək gərginlikli elektrik şəbəkələrində güc itkilərinin yaranma mexanizminin, onların dəqiq təyin edilməsi problemlərinin və azaldılması tədbirlərinin öyrənilməsinə həsr olunmuşdur. Qeyri-sinusoidal rejimlərdə əsas şəbəkə elementlərinin güc itkilərinin hesablanması üçün analitik ifadələr təqdim edilmişdir. Tədqiqat çərçivəsində elektrik qövs poladəritmə sobalarını qidalandıran yüksək gərginlikli yarımstansiyada aparılmış eksperimental ölçmələrin nəticələri təhlil edilmişdir. Ölçmələr zamanı elektrik ötürmə xəttinin hər iki ucunda aktiv və reaktiv gücün dəyişməsi yüksək dəqiqlikli ölçü cihazları vasitəsilə qeydə alınmışdır. Həmçinin, qövs sobasının müxtəlif iş rejimlərində transformator vasitəsilə yüksək gərginlikli şəbəkəyə qoşulmuş yüklərin cərəyan və gərginlik dalğalarının formaları araşdırılmışdır. İtkilərin azaldılması məqsədilə reaktiv gücün kompensasiyasına əsaslanan üsullar təklif edilmişdir. Belə ki, xətlərə kondensator batareyalarının qoşulması ilə sistemdəki reaktiv komponentlərin və harmonik təsirlərin müəyyən qədər kompensasiya olunması mümkündür.

Abstract (English)

This article is dedicated to the study of the mechanisms behind power losses in high-voltage electrical networks operating under the influence of nonlinear loads, the challenges associated with their precise identification, and the measures for their reduction. Analytical expressions have been provided for calculating power losses in the main network elements under non-sinusoidal conditions.Within the framework of the research, the results of experimental measurements conducted at a high-voltage substation supplying electric arc steelmaking furnaces have been analyzed. During the measurements, variations in active and reactive power at both ends of the electrical transmission line were recorded using high-precision measuring devices. Additionally, the forms of current and voltage waveforms of the loads connected to the high-voltage network via transformers were investigated under various operating modes of the arc furnace. To reduce losses, methods based on the compensation of reactive power have been proposed. Specifically, it is possible to partially compensate for the reactive components and harmonic effects in the system by connecting capacitor banks to the lines.

Аннотация

Статья посвящена исследованию механизма возникновения потерь мощности, проблем их точного определения и мероприятий по их снижению в высоковольтных электрических сетях, работающих под воздействием нелинейных нагрузок. Представлены аналитические выражения для расчёта потерь мощности основных элементов сети в несиносуидальных режимах. В рамках исследования проведён анализ результатов экспериментальных измерений, выполненных на высоковольтной подстанции, питающей электродуговые сталеплавильные печи. В ходе измерений с использованием высокоточных приборов были зафиксированы изменения активной и реактивной мощности на обоих концах линии электропередачи. Кроме того, исследованы формы токовых и напряженческих волн нагрузок, подключённых к высоковольтной сети через трансформатор при различных режимах работы дуговой печи. В целях снижения потерь предложены методы, основанные на компенсации реактивной мощности. В частности, подключение конденсаторных батарей к линиям позволяет частично компенсировать реактивные составляющие и гармонические воздействия в системе.

Açar sözlər: qeyri-xətti yüklər, yüksək gərginlikli şəbəkə, güc itkiləri, aktiv güc, reaktiv güc, harmoniklər, kompensasiya sistemləri

Keywords: nonlinear loads, high-voltage network, power losses, active power, reactive power, harmonics, compensation systems

Ключевые слова: нелинейные нагрузки, высоковольтная сеть, потери мощности, активная мощность, реактивная мощность, гармоники, системы компенсации

Tam mətn

PDF görünmürsə, yeni pəncərədə açın və ya yükləyin.

İstinad: İsayeva T.M (2025). QEYRİ-XƏTTİ YÜKLÜ YÜKSƏK GƏRGİNLİKLİ ŞƏBƏKƏLƏRDƏ GÜC İTKİLƏRİNİN AZALDILMASI ÜSULLARININ TƏDQİQİ. Caspian Journal of Maritime Science & Engineering, 42(2), 122-130.