GƏMİNİN SAYA OTURMASININ QARŞISINI ALMAQ ÜÇÜN GÖRÜLƏN TƏDBİRLƏR
Preventive Measures to Avoid Ship Grounding
Меры по предотвращению посадки судна на мель
Xülasə
Bu məqalədə gəmilərin saya oturması hadisələrinin dəniz təhlükəsizliyinə yaratdığı risklər, səbəb olduğu maliyyə itkiləri və ekoloji problemlər müzakirə olunur. Qeyd olunan problemlərin qarşısının alınması üçün gəminin kil altı dərinliyinin (KAD) idarə olunması, müasir naviqasiya texnologiyaları və risk qiymətləndirmə metodologiyalarına əsaslanan əsas tədbirlər məqalədə öz əksini tapır. KAD-in efektiv monitorinqi, ECDIS (Elektron xəritə sistemi), AIS (Avtomatik tanınma sistemi) və GNSS (Qlobal naviqasiya peyk sistemi) kimi naviqasiya sistemlərdən əldə edilən real vaxt rejimində məlumatlarla birlikdə, dayaz sulardan təhlükəsiz keçidi təmin edir. Bundan əlavə, heyətin hazırlığı və vəziyyət fərqindəliyi kimi insan faktorları da gəminin saya oturmasının qarşısının alınmasında mühüm rol oynayır. Nəticə olaraq bu məqalə, qeyd olunmuş hesablamaların bütün gəmilər tərəfindən vaxtında və düzgün aparılaraq, dənizçilik texnologiyalarının və qabaqcıl naviqasiya təcrübələrinin inteqrasiya ilə dəniz təhlükəsizliyinin və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verməyi hədəfləyir.
Abstract (English)
This article discusses the risks posed by ship grounding incidents to maritime safety, the financial losses they cause, and the environmental problems they generate. To prevent these issues, the article highlights key measures based on the management of the Under Keel Clearance (UKC), modern navigation technologies, and risk assessment methodologies. Effective monitoring of UKC, along with real-time data obtained from navigation systems such as ECDIS, AIS, and GNSS, ensures safe passage through shallow waters. Additionally, human factors such as crew training and situational awareness play a crucial role in preventing ship grounding. In conclusion, this article aims to contribute to enhancing maritime safety and operational efficiency by ensuring that the mentioned calculations are conducted timely and accurately by all ships, integrating maritime technologies and advanced navigation practices.
Аннотация
В данной статье рассматриваются риски, связанные с посадкой судов на мель, их влияние на безопасность судоходства, финансовые потери и экологические проблемы. Для предотвращения этих инцидентов в статье выделяются ключевые меры, основанные на управлении минимальным запасом под килем (ЗПК), современных навигационных технологиях и методологиях оценки рисков. Эффективный мониторинг ЗПК, наряду с данными в режиме реального времени, полученными из навигационных систем, таких как ECDIS, AIS и GNSS, обеспечивает безопасное прохождение мелководных участков. Кроме того, человеческие факторы, такие как подготовка экипажа и ситуационная осведомленность, играют решающую роль в предотвращении посадки судов на мель. В заключение, данная статья направлена на повышение безопасности судоходства и эффективности операций путем своевременного и точного проведения упомянутых расчетов всеми судами, а также интеграции морских технологий и передовых навигационных практик.
Açar sözlər: gəmilərin saya oturması, kil altı dərinlik (KAD), squat effekt, təhlükəsizlik tədbirləri, qarşı tədbirlər
Keywords: ships’ grounding, under keel clearance (UKC), squat effect, safety measures, pre ventative measures
Ключевые слова: посадка судов на мель, запасом под килем (ЗПК), эффект скучивания, меры безопасности, профилактические меры
Tam mətn
PDF görünmürsə, yeni pəncərədə açın və ya yükləyin.