ISSN XXXX-XXXX (online) · Diamond Open Access · CC BY 4.0
Azərbaycan Dövlət Dəniz AkademiyasıCaspian Journal ofMaritime Science & EngineeringMəqalə göndər
← Bütün məqalələr
Tədqiqat məqaləsiAçıq giriş

GƏMİ ELEKTRİK TƏCHİZAT SİSTEMİNDƏ GÜNƏŞ ENERJİSİNİN TƏTBİQİ İMKANLARI

ossibilities for the Application of Solar Energy in Ship Electrical Power Supply Systems

Возможности применения солнечной энергии в судовых системах электроснабжения

Muradəliyev A.Z, Hüseynov K.Ş
Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu · “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ
UDC: 621.019Cild 41, № 1 (2025)səh. 156-16423.06.2025CC BY 4.0
PDF yüklə

Xülasə

Hazırda yaşıl gəmiçilik dünyanın ən aktual mövzularından biridir. Avropa İttifaqı 2050-ci ilə qədər karbon qazı emissiyalarını 80-95% azaltmağı hədəfləyib ki, bu da bütün nəqliyyat sektorlarının qarşısında duran son dərəcə ağır bir vəzifə olacaq. Gəmi operatorları və sahibləri, gəmiqayırma zavodları öz gəmilərində ekoloji cəhətdən təmiz olan yaşıl enerji mənbələrinin tətbiqi barədə həll yolları axtarmağa başlayırlar. Bu həll yollarından biri də bərpa olunan enerji sistemlərinin tətbiqi vasitəsilə dəniz sahəsində ekoloji cəhətdən təmiz enerjinin alınması və ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır. Gəmilərdə günəş panellərinin tətbiqi yanacaq sərfini azaltmağa və karbon qazı emissiyasını azaltmağa imkan verir. Həmçinin, günəş panellərinin gəmilərdə tətbiqi gəminin elektrik təchizat sisteminin enerji səmərəliliyini artırmağa imkan verir. Bu məqalədə günəş panellərinin hazırki vəziyyəti və gələcək modelləri haqqında məlumatlar verilməklə yanaşı, onların gəmilərdə tətbiqindən bəhs olunur. Həmçinin, məqalədə yüksək qiymətli neft məhsullarından istifadənin azaldılması və qaz emissiyalarının (tullantıların) minimuma endirilməsi məqsədi ilə günəşdən alınan enerjinin istifadəsi məsələləri də araşdırılmışdır. Bundan əlavə gəmilərdə günəş panellərinin tətbiqinin perspektivlərini təhlil edib, günəş panellərinin gəmilərdə tətbiqinin əsas üstünlüklərini və mənfi cəhətlərini nəzərdən keçirəcəyik.

Abstract (English)

Greener shipping is currently one of the most pressing issues in the world. The European Union has set a target of reducing carbon emissions by 80-95% by 2050, which will be an extremely difficult task for all transport sectors. Ship operators and owners, shipyards are starting to look for solutions to introduce environmentally friendly green energy sources on their ships. One of these solutions is to obtain environmentally friendly energy in the maritime sector and prevent environmental pollution through the use of renewable energy systems. The use of solar panels on ships allows to reduce fuel consumption and reduce carbon dioxide emissions. Also, the use of solar panels on ships allows to increase the energy efficiency of the ship's electrical supply system. This article provides information on the current state and future models of solar panels, as well as their application on ships. The article also examines the use of solar energy in order to reduce the use of high-cost petroleum products and minimize gas emissions (wastes). In addition, we will analyze the prospects for the application of solar panels on ships and consider the main advantages and disadvantages of the application of solar panels on ships.

Аннотация

В настоящее время более экологичное судоходство является одной из самых актуальных тем в мире. Европейский Союз стремится сократить к 2050 году выбросы углекислого газа на 80-95%, что станет чрезвычайно сложной задачей для всех транспортных секторов. Судовые операторы и судовладельцы, а также судостроительные заводы ищут пути применения на своих судах экологически чистых источников зеленой энергии. Одним из таких решений является получение экологически чистой энергии в морской зоне и предотвращение загрязнения окружающей среды за счет применения систем возобновляемой энергетики. Применение солнечных батарей на судах позволяет снизить расход топлива и снизить выбросы углекислого газа. Также применение солнечных батарей на судах позволяет повысить энергоэффективность системы электроснабжения корабля. Помимо предоставления информации о текущем состоянии и будущих моделях солнечных батарей, в этой статье рассматривается их применение на кораблях. Также в статье рассматривается использование солнечной энергии с целью снижения использования дорогостоящих нефтепродуктов и минимизации газовых выбросов (отходов). Кроме того, мы проанализируем перспективы использования солнечных батарей на судах и рассмотрим основные преимущества и недостатки использования солнечных батарей на судах.

Açar sözlər: gəmi elektrik təchizatı, dəniz nəqliyyatı, bərpa olunan enerji, günəş enerjisi,ekoloji dayanıqlılıq, hibrid enerji sistemləri

Keywords: ship power supply, maritime transport, renewable energy, solar energy, environmental sustainability, hybrid energy systems

Ключевые слова: судовое электроснабжение, морской транспорт, возобновляемые источники энергии, солнечная энергетика, экологическая устойчивость, гибридные энергети ческие системы

Tam mətn

PDF görünmürsə, yeni pəncərədə açın və ya yükləyin.

İstinad: Muradəliyev A.Z, Hüseynov K.Ş (2025). GƏMİ ELEKTRİK TƏCHİZAT SİSTEMİNDƏ GÜNƏŞ ENERJİSİNİN TƏTBİQİ İMKANLARI. Caspian Journal of Maritime Science & Engineering, 41(1), 156-164.