ISSN XXXX-XXXX (online) · Diamond Open Access · CC BY 4.0
Azərbaycan Dövlət Dəniz AkademiyasıCaspian Journal ofMaritime Science & EngineeringMəqalə göndər
← Bütün məqalələr
Tədqiqat məqaləsiAçıq giriş

ELEKTRİK ŞƏBƏKƏSİNİN ETİBARLILIQ VƏZİYYƏTİNİN TƏHLİLİ

Analysis of the Reliability Status of Electrical Power Networks

Анализ состояния надёжности электрических сетей

Şıxəliyeva S.Y, Balayeva Ə.H, Ələkbərov İ.M
“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” PHŞ · “Sumqayıt Dövlət Universiteti” PHŞ
UDC: 621.311.161Cild 42, № 2 (2025)səh. 164-17427.11.2025CC BY 4.0
PDF yüklə

Xülasə

Bu məqalədə müasir elektroenergetika sistemlərinin etibarlılığı məsələsi hərtərəfli şəkildə araşdırılır və bu anlayışın struktur, funksional, balans və rejim olmaqla əsas komponentləri üzərində dayanılır. Enerji sistemlərinin etibarlılığı, ümumilikdə elektrik avadanlıqlarının və sistemlərin müəyyən edilmiş funksiyaları fasiləsiz, davamlı və təhlükəsiz şəkildə yerinə yetirmək qabiliyyəti kimi qiymətləndirilir. Bu, enerji təchizatının kəsintisiz və sabit olması, eyni zamanda sistemin texniki və əməliyyat baxımından güvənilir qalması üçün əsas şərtdir. Araşdırmanın nəticələri göstərir ki, hazırkı enerji şəbəkələrinin dayanıqlığı bir sıra texnoloji və infrastruktur problemlərlə üz-üzədir. Xüsusilə qeyd olunur ki, texniki nasazlıqların əhəmiyyətli bir hissəsi təxminən 24%-i avadanlıqların fiziki cəhətdən köhnəlməsi, düzgün istismar olunmaması və iqlim dəyişikliklərinin yaratdığı əlavə yüklənmələr nəticəsində baş verir. Bu, elektroenergetika sistemlərinin istismarında ciddi risklərə yol açır və fasiləsiz enerji təminatına birbaşa təsir göstərir. Statistik məlumatlar da bu vəziyyəti təsdiqləyir – enerji sistemlərində istifadə olunan avadanlıqların böyük bir hissəsi artıq istismar müddətini başa vurmuşdur. Nəticədə bu avadanlıqların texniki göstəriciləri və istismar parametrləri müasir təhlükəsizlik və məhsuldarlıq standartlarına cavab vermir. Bu isə sistemin ümumi fəaliyyətinə mənfi təsir edir və qəza risklərini artırır. Xüsusi olaraq güc transformatorları, kabel və hava xətləri, eləcə də rele mühafizə sistemlərində müşahidə olunan nasazlıqlar daha ətraflı təhlil edilir. Bu sahələrdə baş verən qüsurların təkrarlanma tezliyi və əsas səbəbləri araşdırılır, onların enerji sisteminin ümumi etibarlılığına necə təsir etdiyi izah olunur. Qeyd olunur ki, bu komponentlər enerji ötürülməsi və paylanması prosesində həlledici rol oynadığı üçün onların texniki vəziyyəti sistemin ümumi dayanıqlığı baxımından son dərəcə əhəmiyyətlidir. Məqalənin nəticə hissəsində vurğulanır ki, enerji sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyəti yalnız kompleks və davamlı yanaşma ilə təmin edilə bilər. Bunun üçün ilk növbədə sistemin etibarlılıq göstəriciləri dərin və çoxşaxəli şəkildə qiymətləndirilməlidir. Eyni zamanda, qərarların qəbulunda statistik verilərə əsaslanan yanaşmalara üstünlük verilməli, risklərin azaldılması və texniki nasazlıqların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bu məqsədlə enerji sistemlərində istifadə olunan avadanlıqların mərhələli şəkildə yenilənməsi, müasir texnoloji tələblərə cavab verən sistemlərlə əvəz olunması və istismar proseslərinin təkmilləşdirilməsi zəruri hesab olunur. Belə tədbirlər, həm etibarlılığın artırılmasına, həm də sistemin uzunmüddətli iqtisadi və texnoloji dayanıqlığının təmin edilməsinə xidmət edəcəkdir.

Abstract (English)

This article comprehensively examines the issue of reliability of modern power systems and focuses on the main components of this concept: structural, functional, balance and regime. The reliability of power systems is generally considered to be the ability of electrical equipment and systems to perform their specified functions continuously, sustainably and safely. This is a key condition for the uninterrupted and stable power supply, as well as the technical and operational reliability of the system. The results of the study show that the stability of current power networks is faced with a number of technological and infrastructure problems. In particular, it is noted that a significant part of technical failures - about 24% - occurs as a result of physical obsolescence of equipment, improper operation and additional loads caused by climate change. This creates serious risks in the operation of power systems and directly affects the uninterrupted power supply. Statistical data also confirm this situation - a large part of the equipment used in power systems has already reached the end of its service life. As a result, the technical indicators and operating parameters of this equipment do not meet modern safety and efficiency standards. This negatively affects the overall performance of the system and increases the risk of accidents. In particular, the failures observed in power transformers, cable and overhead lines, as well as relay protection systems are analyzed in more detail. The frequency and main causes of failures occurring in these areas are investigated, and how they affect the overall reliability of the power system is explained. It is noted that since these components play a decisive role in the process of energy transmission and distribution, their technical condition is extremely important in terms of the overall stability of the system. The conclusion of the article emphasizes that uninterrupted and safe operation of power systems can only be ensured with a complex and continuous approach. For this, first of all, the reliability indicators of the system should be assessed in a deep and multifaceted manner. At the same time, approaches based on statistical data should be preferred in decision-making, and preventive measures should be taken to reduce risks and prevent technical failures. For this purpose, it is considered necessary to gradually renew the equipment used in power systems, replace them with systems that meet modern technological requirements, and improve operational processes. Such measures will serve to both increase reliability and ensure the long term economic and technological sustainability of the system.

Аннотация

В данной статье всесторонне рассматривается вопрос надежности современных энергосистем и рассматриваются основные составляющие этого понятия: структурная, функциональная, балансовая и режимная. Под надежностью энергосистем принято понимать способность электротехнического оборудования и систем непрерывно, устойчиво и безопасно выполнять свои функции. Это является ключевым условием бесперебойного и стабильного электроснабжения, а также технической и эксплуатационной надежности системы. Результаты исследования показывают, что устойчивость современных энергосетей сопряжена с рядом технологических и инфраструктурных проблем. В частности, отмечается, что значительная часть технических отказов, около 24%, происходит вследствие физического устаревания оборудования, неправильной эксплуатации и дополнительных нагрузок, вызванных изменением климата. Это создает серьезные риски в работе энергосистем и напрямую влияет на бесперебойное электроснабжение. Статистические данные также подтверждают эту ситуацию – значительная часть оборудования, используемого в энергосистемах, уже выработала свой ресурс. В результате технические показатели и эксплуатационные параметры этого оборудования не соответствуют современным стандартам безопасности и эффективности. Это негативно влияет на общую производительность системы и увеличивает риск аварий. В частности, более подробно анализируются отказы, наблюдаемые в силовых трансформаторах, кабельных и воздушных линиях электропередачи, а также в системах релейной защиты. Исследованы частота повторения и основные причины отказов в этих системах, а также объясняется их влияние на общую надежность энергосистемы. Отмечено, что, поскольку эти компоненты играют решающую роль в процессе передачи и распределения энергии, их техническое состояние крайне важно с точки зрения общей устойчивости системы. В заключении статьи подчеркивается, что бесперебойная и безопасная работа энергосистем может быть обеспечена только при комплексном и непрерывном подходе. Для этого, прежде всего, необходимо глубоко и многогранно оценивать показатели надежности системы. При этом предпочтение следует отдавать статистическим подходам при принятии решений, а также принимать превентивные меры для снижения рисков и предотвращения технических отказов. Для этого предполагается поэтапное обновление оборудования энергосистем, замена его на оборудование, отвечающее современным технологическим требованиям, а также совершенствование технологических процессов. Реализация этих мер позволит повысить надежность и обеспечить долгосрочную экономическую и технологическую устойчивость энергосистемы.

Açar sözlər: электроэнергетика, надежность, структурная надежность, функцио нальная надежность, балансовая надежность, режимная надежность, электрическая сеть, технические отказы, электроснабжение, силовой трансформатор, износ обору дования, релейная защита, устойчивость энергосистем

Keywords: electric power, reliability, structural reliability, functional reliability, balance reliability, regime reliability, power grid, technical failures, power supply, power transformer, equipment wear, relay protection, stability of power systems

Ключевые слова: парные полюса, пазы статора, концентрические обмотки, группа катушек

Tam mətn

PDF görünmürsə, yeni pəncərədə açın və ya yükləyin.

İstinad: Şıxəliyeva S.Y, Balayeva Ə.H, Ələkbərov İ.M (2025). ELEKTRİK ŞƏBƏKƏSİNİN ETİBARLILIQ VƏZİYYƏTİNİN TƏHLİLİ. Caspian Journal of Maritime Science & Engineering, 42(2), 164-174.